
Gündəm / Siyasət
1-01-2024, 20:31
137
Bakı şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb VİDEO
ÖNDERTV.ORG




Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində, ilkin məlumata əsasən, doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əməliyyat zamanı təhlükəli vəziyyətdə qalmış bina sakinləri xüsusi təyinatlı texnikalarla təxliyə olunub.
