Hacıqabuldakı yanğında 5 nəfər öldü - Yenilənib + Fotolar
12-10-2023, 13:27
161

Hacıqabuldakı yanğında 5 nəfər öldü - Yenilənib + Fotolar

Hacıqabulda ikimərtəbəli yataqxanada yanğın olub.
Bu barədə “Öndertv.orga Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonunun Navahı qəsəbəsində baş verib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
***Yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Yanğın nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Öndertv.org” “Report”a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və bacısı 13 yaşlı Zəhra Sadıqova yanaraq ölüblər.
Hadisə zamanı 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.






Oxşar xəbərlər