Gündəm / Siyasət
28-12-2023, 07:30
182
Şaxta baba Füzulidə balacalara bayram hədiyyəsi paylayıb FOTO
ÖNDERTV.ORG

Otuz ildən sonra işğaldan azad olunan Füzulidə daha bir əlamətdar gün qeyd edilir. Füzuli sakinləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etməyə və Yeni ili öz doğma yurdlarında qarşılamağa hazırlaşır.
ÖNDERTV.ORG xəbər verir ki, bayram ərəfəsində Yeni il bayramının simvolları olan Şaxta baba və Qar qız Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə gəlib.
Şagirdlər Şaxta baba və Qar qızı sevinc və həyəcanla qarşılayıblar. Şən kloun şagirdlərlə söhbət edib, onları duzlu-məzəli zarafatları ilə güldürüb.
Maraqlı görüşdən sonra Şaxta baba balacaları bayram hədiyyəsi ilə sevindirib.
Qeyd edək ki, hazırda Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə 300-dən çox şagird təhsil alır.