Prezidentin köməkçisi mina qurbanlarının sayını açıqlayıb
27-12-2023, 11:06
35

Prezidentin köməkçisi mina qurbanlarının sayını açıqlayıb

ÖNDERTV.ORG


Prezidentin köməkçisi mina qurbanlarının sayını açıqlayıb
prezidentin-komekcisi-mina-qurbanlarinin-sayini-aciqlayib


Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir.

ÖNDERTV.ORG xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

O, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən mina partlayışına da toxunub.
Ətraflı

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 341 vətəndaşı mina qurbanı olub.

Göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 276 nəfər isə yaralanıb.

2020-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 112 mülki şəxs və 164 hərbçi yaralanıb.

Oxşar xəbərlər