Sərxan Rəsulov 1 nömrəli otel meneceri oldu
24-12-2023, 22:33
204

Sərxan Rəsulov 1 nömrəli otel meneceri oldu

ÖNDERTV.ORG
Vətən anlayışı bəzən ətraf sədd, ətraf ərazi, sərhəd nöqtəsi kimi başa düşülür. Ancaq Vətən həm də doğru-dürüs yaşamaq israrı, dövlətçilik üçün ciddi-cəhdlə çalışmaq əzmidir. Ölkəmizin gülərüz insanları bu istiqamətdə daim fəal hərəkətdədirlər. Əlbəttə, hər kəs öz sahəsində bir Vətən olmağa can atır. Royal Crown Hotellər şəbəkəsinin Azərbaycan üzrə baş meneceri Sərxan Rəsulov da qarşısına qoyduğu məqsəd, üzərinə götürdüyü məsuliyyətlə özünün Vətən olmaq sevdalarını dövlətçilik işi kimi səciyyələndirir. Onun Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin formalaşmasında həyata keçirfiyi layiqli işlər də bu prosesin bir təzahürüdür.
Məlumat üçün bildirək ki, bugünlərdə Türkiyənin İstanbul şəhərində Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatlarının təqdimat mərasimi keçirilib. Tədbir iştirakçiları Azərbaycanın Vətən müharibəsində qazandığı uğurlardan danışıb, bu uğurda qardaşlıq dəstəyinin ümdə rol oynadığını diqqətə çatdırıblar. Tədbirdə həmçinin, Azərbaycan-Türkiyə qardaşlıq birliyinin möhkəmləndirilməsinin önəmi vurğulanıb. 
Tədbirin ən yaddaqalan hissəsi hər iki ölkədən elm, sənət, ədəbiyyat, siyasət, turizm, media və digər sahələrdə uğur qazanan qurum və şəxslərin mukafatlandırılması olub. 
Nə xoşdur ki, turizm sahəsində Türkiyə-Azərbaycan Qardaşlıq mükafatlarına layiq görülənlər arasında Royal Crown Hotellər şəbəkəsinin Azərbaycan üzrə baş meneceri Sərxan Rəsulov da var. Sərxan Rəsulov Turkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən mükafatlandırılma mərasimində “Azərbaycanın Ən İyi Hotel Meneceri” adına layiq görülüb. Sərxan Rəsulov bu ada ilk dəfə 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən layiq görülmüşdü. Bu, o anlama gəlir ki, Sərxan Rəsulovun turizm sahəsində gördüyü işlər təkcə biznes xarakteri kəsb etmir, həm də qardaşlıq və dostluq mənasında təzahür edir. Onun bu rakursda atdığı addımların əsasə da elə bu isti münasibətləri özündə geniş ehtiva edir.
Sərxan Rəsulovu layiq görüldüyü mükafat münasibətilə təbrik edir, ona gələcək işlərində uğurlar arzu edirik. Əminik ki, o, bundan sonra da aid olduğu sahənin inkişafı – tərəqqisi üçün əllərindən gələni edəcək, daha böyük mükafat və ödüllərə layiq görüləcək. 
          Sona Abbasəliqızı
Prezident mükafatçısı
AYB və AJB-nin üzvü

Oxşar xəbərlər