Bu sözlər Azərbaycanımızın qalib sərkərdəsi Cənab İlham Əliyevə məxsusdur.
Sözü ilə əməli daima qoşa olan liderimiz 30 il əsarət altında olan ərazilərimizi düşmən tapdağından azad etməklə bir daha bunu sübut etmiş oldu.
Bəli bu gün azad, müstəgil, zəfər çalmış bir ölkənin vətəndaşıyıq və bununla gürur duyuruq. Yeddidən yetmişyeddiyə hər kəs bu gün ürəklə Qarabağ Azərbaycandır şüarı altında Şuşa həsrətinə, Zəngilan, Qubadlı, Fizuli və s. digər yurd yerlərimiz in azadlığına sevinir.
Bu gün sahibkarlığın inkişafı istiqamətində müstəsna işlər görülür. Coğrafi cəhətdən Qarabağımızda bu sferanın inkişafında ən uğurlu zona olacaqdır.
Bizlərə bu sevinc dolu anları yaşadan əziz Prezidentimiz!
Sizin doğum gününüzü öz adımdan və çoxsaylı üzvlərimiz adından təbrik edirəm.
Can sağlığı arzu edirəm.
Tanrı sizi hifz etsin, qürurumuz, fəxarətimiz olan Müzəffər Sərkərdəmiz!
Zenfira Ağayeva
Sahibkar Qadınlar İctimai Birliyinin sədri

Gündəm / Siyasət
24-12-2023, 00:42
292