Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıt şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib.
16-12-2023, 22:23
182

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıt şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib.



ÖNDERTV.ORG

ÖNDERTV.ORG xəbər verir ki, şəhərin 4-cü mikrorayon ərazisində keçirilən qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.

Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.

VETENİM-AZERBAYCANDIR.AZ BAŞ REDAKTOR KAMRAN ORUCOV
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
  • Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
  • Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
  • Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR




Oxşar xəbərlər