Şairlik... Bu möhtərəm ad Tanrıdan insan övladının seçilmişlərinə əta olmuş ali məqamdır.
9-12-2023, 01:27
153

Şairlik... Bu möhtərəm ad Tanrıdan insan övladının seçilmişlərinə əta olmuş ali məqamdır.

ÖNDERTV.ORGŞairliyi təsvir etmək üçün şairlərin özünün belə sözü yetməz.Ona görə ki,Tanrıdan  göndərilənləri insanlara çatdırmaqdır onları işi... İş ?! -Bəli işdir bu- ali,uca,mötəbər...  Özündə kainatın kəhkəşanını cəmləşdirən dırnaqdan saça söz olan adamlar var bu eldə,bu diyarda.Deyim ki,onların da əsil olanları,əsl olanları var... 
Bu sətirləri sizlərin nəzərinə kökləyən adam da, qələmin sehrindədir... O qələmin ki,o qələm adamlarının ki- qələmi ilə qəlbini birləşdirib.O adamların ki,səmimiliyi ilə sözünü vəhdət edib...  Siz kövrək adamları axtarırsınız? Siz eşq adamlarını axtarırsınız? Baxın, bu misralar sizə nə deyir:Bu ağrını kim göndərdi?Sən " zaman " dedin.Abil deyər göndər dərddənŞeirə döndərim...Dərdə sözlə naxış vurubSənə göndərim...-söyləyən adamdır          şair Abil İslam.

O adamdır ki Abil İslam, dərdi ürəyində uca saxlayıb,kədərdən qala tikib...
 Ürəyini saf sevgilərə paytaxt edib.Nazını da çəkir,qayğısını da,naləsini də,ahını da...
Dözməyə hazır olan şair deyir:

Sındır arzuların qanadlarını
Çiynimdən yuxarı uça bilməsin.
Dua et Allaha,qarğış da elə
Sabahım kədərsiz aça bilməsin...

Sözümün əvvəlində onun poeziyasındakı vəhdəti təsadüfən vurğulamamışdım:

   Qəm yükümü silkələdin
   Yatağıma od ələdin.
   Məni kədərə bələdin
Sən ağladın,
                    O ağladı,
                          Mən ağladım... 

deyən şair əl-ələdir hər məfhumla.

Abil İslam şeirinin fəlsəfəsi bizim tanıdığımız qəlb sevgilərində gəzişir.Onun uca tutduğu bir zirvə sevgisi var.Şair burada sirr içində oxucusunu gəzişdirir amma,sonunda uca amalın məqsədini açır: 

Sevənləri çoxdur onun
Qısqanmıram.
Fərəhimdir,sevincimdir
Həm altunum,həm incimdir
Mavi gözlüm,al yanaqlıq yaşıl donlum!

Duydunuzmu hansı möhtəşəm gözəldən söz açılır?! 
   Azərbaycan bayrağı ! 

Abil İslamın sevgi dünyasının başında bu bayraq dalğalanır.Şairin sevgisi onun mühafizindədir.
  Şeirlərin həzinliyində ruhumu dolandırarkən möhürbəndlərdəki inanca söykənən  sözün də təsadüf olmadığını sezdim.İmanını tərk etməyən saf şair yazır:
 
Abil! Şükr et Yaradana
Bizi pak doğubdur ana.
Bu cür vuraq ömrü sona
Biz Allahın qullarıyıq...

Əlimdə təzə-tər,xışıltısı içindəki şeirlərlə nəğmələnən 
" Çox sevdiyim birisi var " kitabı çox məqamların şahididir... 
 Deyirlər təsadüflər reallığın don geyinmiş formasıdır.Əlim sətirlər üzərində gəzərkən nəğmə sözünü qələmə əmanət etdim.Zamanlar axdıqca, buralara çatanda Abil İslamın nəğməkar şair olduğu yadıma düşdü... Burada təsadüf öz donunu soyunmalı oldu.Sizə bu yazıda xatırlatdığım şeir ruhu hansı mahnıda sizə xoş gəlsə onda gülümsəyəcəksiniz...  " Biz o şairlə tanışıq! " deyə.

Abil İslam bütün mənalarda dolu şairdir çağlayan,çalxalayan,çuğlayan,tutuşan,çoşan şairdir.O nəğmədir,vətəndir,vətən uğrunda şəhid olan oğuldur,qayğıkeş atadır və anaların göz yaşına dönəndir  Sadalamağa sözlərin yolu çatmayan məsum,məsul insan obrazıdır şeirlərində,dediklərimin simvoludur həyatında.
  Əziz oxucu! Mən bir şeir dünyasında qonaq idim.Daddığım,duyduğum sözün şərbəti məni məst etdi,sözdəki məlal məni düşüncəyə qərq etdi... Bu bir  yaşam dünyasıdır.Ümid edirəm bir gün söz seçiminin fərqində olmaq üçün bu sətirlərin ardından Abil İslamın söz dünyasına gələcəksən... Mən də,burada ruhumdan nişanə qoyub gedirəm.Şeirdə görüşənədək...
         Elvin Firudunoğlu 
             Şair-publisist.

Oxşar xəbərlər