04 fevral 2023-cü il tarixdə "ƏDALƏT İŞIĞINDA" Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları ilə görüşümüz oldu.
4-02-2023, 23:06
314

04 fevral 2023-cü il tarixdə "ƏDALƏT İŞIĞINDA" Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları ilə görüşümüz oldu.

04 fevral 2023-cü il tarixdə "ƏDALƏT İŞIĞINDA" Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları ilə görüşümüz oldu.
Tədbirdə AYB və AJB-nun üzvü hüquqşünas, şair "Ədalət işığında" ədəbi məclisin sədri Qafarov Ədalət İzzət oğlu (Əroğlu) məclis üzvlərini salamlayaraq tədbiri açıq elan etdi.
"Ədalət işığında" ədəbi məclisin sədri çıxış edərək məclisi aparmaq üçün sözü Azərbaycanımızın görkəmli qələm sahibi AYB-nin və AJB-nin üzvü şair-publisist Mürvət Qədimoğlu Həkəriyə verdi. Şair Mürvət Qədimoğlu Həkəri məclisi davam etdirərək hər bir şairə söz verib, onların yeni şeirlərini səsləndirməsini bildirdi
Məclisdə dəyərli şairlərimizdən AYB-nin və AJB-nin üzvü şair-publisist Mürvət Qədimoğlu Həkəri, şair-publisist Hidayət Qarabulaq, şair-publisist tərcüməçi Vaqif Rəsulov, şair-publisist Leyli Xanım Novruzova, sabaha-inamla.az xəbər portalın Təsisçisi və baş Redaktoru şair-publisist Namiq Məmmədli, AYB-nin və AJB-nin üzvü, hüquqşünas, şair-publisist Ədalət Qafarov (ƏROĞLU), "İZZƏT" MMC Təhsil Mərkəzinin bir qrup müəllim və şagird kollektivi, eləcə də bir neçə izləyicilər iştirak etdilər..
Məclisə sədrilik edən şair Mürvət Qədimoğlu məclisdə Vətən müharibəsi uğrunda gedən döyüşlər zamanı həlak olmuş Şəhidlərimizdən danışıb onların keçdiyi həyat yollarından söhbət açdı və Qəhrəman Şəhidlərimiz yad olundu. Azərbaycanımızın müasir ədəbiyyatından söz açıb gələcək şair və poeziaya həvəskarlarına öz tövsiyyələrini verdi .
Məclisdə iştirak edən bütün şairlərimiz yeni yazdıqları şeirləri ilə çıxışlar edib məclisimizdə rəngarəng şeirlər səsləndirdilər.
Məclisimizin sonunda xatirə şəkilləri çəkdirdik və çay süfrəsində məclisimizi davam etdirdik.
Məclisdə iştirak edən və ürəyi bizimlə olan, müəyyən səbəblərdən məclisimizə qoşula bilməyən dəyərli şairlərimizə də təşəkkür edirəm.
Hörmətlə:
AYB-nin və AJB-nin üzvü,
"ƏDALƏT İŞIĞINDA" Ədəbi Məclisin sədri,Hüquqşünas, şair-publisist
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)
ONDERTV.ORG

Oxşar xəbərlər