Azərbaycan Prezidenti: Rumıniya ilə əməkdaşlığın daha da dərinləşdirilməsində yaxşı imkanlar mövcuddur
1-12-2023, 16:41
71

Azərbaycan Prezidenti: Rumıniya ilə əməkdaşlığın daha da dərinləşdirilməsində yaxşı imkanlar mövcuddur

ÖNDERTV.ORG

Bu gün Azərbaycan ilə Rumıniya arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur.

ÖNDERTV.ORG xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Verner İohannisə bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda Azərbaycan-Rumıniya münasibətlərinin xoş ənənələrə malik olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi məmnunluq doğurur.
“İnanıram ki, son dövrdə həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar strateji tərəfdaşlığımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcəkdir”, - deyən Azərbaycan Prezidenti bu əlamətdar gün münasibətilə rumıniyalı həmkarına cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Rumıniya xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.

Oxşar xəbərlər