“Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu” - Rəisi
9-11-2023, 22:18
223

“Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu” - Rəisi

ÖNDERTV.ORG

“Biz, çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu”.
 edin.

ÖNDERTV.ORG xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı deyib.
“Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır”, - deyə Rəisi bildirib.


ÖNDERTV.ORG

Oxşar xəbərlər