
Gündəm / Siyasət
8-11-2023, 11:26
409
44 gündə zəfər yazanlar.
44 gündə zəfər yazanlar.
Paylaş
Paylaş
Paylaş
Paylaş
ŞƏRH YAZ

ÖNDERTV.ORG


Fəriddən xahiş etdim ki, az da olsa bizə 44 günlük səfərindən danışsın. Mən isə onun dediklərini mətnə çevirdim.
Qubanın Alpan kənd sakinidir qardaşımız. O, Alpan kəndi ki, Vətən yolunda canından qanından keçən şəhidləri və qaziləri ilə daha çox tanınır. Sadə Azərbaycan ailəsidə dünyaya göz açıb və olduğca yüksək milli mental dəyərlərə sahiblənib. Onunla həmsöhbət olarkən necə yüksək intellektə malik olmağını daha aydın görmək olur. 44 günlük haglı Vətən savaşının ilk günündən Fərid yüksək əzm və iradə ilə döyüşlərə qatılıb.
Qazi Fərid Əmiyev 30 illik həsətin vüsalına doğru yol gedən azərbaycan oğullarının sıralarındadir. Qarabağımızın baş tacı olan Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək, Susaya ilk girən qruplarda doyusmüs və Şuşa fatehimiz, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyev lə və digər Vətən mücahidləri ilə bu şərəfli yolu birgə getmək xoşbəxtliyini yaşayanlardandır. Fərid hər zaman 44 günlük döyüş yolundan danışarkən özündən deyil onunla çiyin - çiyinə sonadək döyüşən hərb yoldaşlarının şücaətidən bəhs edir. Onlar döyüşlərə Daxili İşlər Nazirliyinin "Gürzə" xüsusi təyinatlı dəstəsinin mənsubları kimi qatılaraq Xüsusi Təyinatlı Qüvvələr ilə birgə döyüş yolu keçmişdilər. Bu şərəfli yolda onların önündə isə Daxili İşlər Nazirliyinin "Gürzə" xüsusi təyinatlı dəstəsinin komandiri Zəfər Ordenli Mayor Tağıyev Cavid Aydın oğlu bələdçilik edirdi.
Zəfər yolunda qardaşlaşan heyətə
Mustafayev Zeymud, Kərimov Kənan, Ağayev Zamiq, Qarayev Mehrac, Rzayev Aydın, Xudiyev Pərvin, Heydərov Heydər, Məsmalıyev Sərxan, Məmmədov Xəyal, Məmmədov Famil və s. adını qeyd etmədiyim bir çox yoldaşlar daxil idi. Qardaşımız onların keçdiyi məşəqqətli döyüş yolunu hər zaman xatırlayır və söhbətlərində hər dəfə vurğulayır. Onlar doyus yoldaşları ilə birgə Xankəndi Şusa yolunda pusqu fəaliyyətini şərəflə icra edərək 22 nəfərlik heyətlə 113 nəfər mənfur düşmən hərbi qulluqçusunu məhv edirlər. Döyüş yoldaşları Kərimov Kənan düşmənin səkkiz tankını, Ağayev Zamik isə dörd düşmək tankını və canlı qüvvəsini məhv etmişdir. 44 gün boyunca igid qardaşlarımız birgə yüksək döyüş bacarıqları ilə dusmənə ağır anlar yaşadırlar. Olduqca gərgin döyüşlərdə iştirak edirdilər. Hər kəsdə başqa bir döyüş əzmi, qisas hissi var idi. O, zaman Fəridin döyüş yoldaşları tibbi heyət, xüsusi təyinatlının həkimi Aydın Rzayevin rəhbərliyi altında Zeymud Mustafayev, Famil Məmmədov ilə birgə həm də yaralı döyüş yoldaşlarına tibbi yardım göstərirdilər. Həmən döyüşlər zamanı Fərid özü də yaralı idi. Özünü toparlayaq orda olan döyüş yoldaşlarına, qardaşlarına bacardığı qədər tibbi yardım göstərir. Bunları danışmaq o mənzərəni yaşamağımız qədər ağrılı və çətindir bizim üçün deyir qəhrəman qardaşımız.
Fəxarət hissimiz çox olsa da əfsuslar olsun ki, 44 günlük Zəfər yolumuza bizimlə çiyin- çiyinə çıxan yeddi nəfər hərbçi qardaşımızı şəhid verdik deyə təəssüf hissi ilə bəhs edir Fərid Əmiyev.
Həqiqətən coox guclu ve qəhramanlığı ilə seçilən, cəsur, dediyindən dönməyən hərbçi qardaşları onların gözləri önündə düşmən gülləsinə tuş gələrək şəhadətə yüksəlmişlər.
Onlar Kapitan Babayev Şamil, Kiçik Gizir Məmmədov Anar, Baş çavuş Allahyarov Vüsal, Çavuş Orucov Afər , Baş əsgər Həsənov Pərviz, Əsgər Məmmədov İsmayıl, Əsgər Seyfullayev Fərid idiki onlar Vətən yolunda, torpaq yolunda öz canlarını fəda etdilər.
Bütün bu acılarla yaşayır bizim qazilərimiz, Vətən müharibəsində iştirak edən hərbçilərimiz. Əmiyev Fərid Ənvər oglu səhhətində olan problemlərə baxmayaraq özünəməxsus vətən sevgisi ilə hər zaman yenədə dusunmədən bu vətən və millətimiz ucun canını verməyə hazır olduğunu söyləyir. Hər kəsə nəsib olmur belə şərəfli yolu keçmək. Fərid Əmiyev məhz o, xoşbəxt oğullardandır ki,
keçdiyi şərəfli döyüş yolu ilə Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımızın yaşadığı bəlaları Vətənin müdafiəsinə qalxaraq tarix yazanlar sırasında öz layiqli yerini tutdu.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulan Azərbaycan oğulları arasında onun da adının olması bizlər üçün də çox qürurverici bir hissdir. Dövlətimizin diqqətində olan Vətən mühariəsi iştirakçısı, Qazi Fərid Əmiyev
Fizulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə, Cəsur döyüşçü, Vətən Müharibəsi iştirakçısı medalı, 10-illik qüsursuz xidmətə görə medalları ilə təltif olunmuşdur.
Allahdan Qubamızın cəsur oğluna saglam can gözəl həyat yolu diləyirik. Başın daima uca olsun qardaşım.
Allah Azərbaycanımızı qorusun!
Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.




