Bayramov sülh gündəliyi barədə Rəisini məlumatlandırdı - Yenilənib
23-10-2023, 21:36
147

Bayramov sülh gündəliyi barədə Rəisini məlumatlandırdı - Yenilənib

ÖNDERTV.ORG


İran Prezidenti İbrahim Rəisi Tehranda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

ÖNDERTV.ORG xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

***
Görüşlə bağlı Azərbaycan XİN də məlumat yayıb. 
Məlumatda bildirilir ki, görüş zamanı Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb.
İki ölkə arasında son aylarda keçirilmiş görüşlər və ikitərəfli iqtisadi komissiya çərçivəsində təmaslar, bir sıra istiqamətlərdə artan əməkdaşlıq dinamikası məmnunluqla qeyd olunub, yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə nazir Ceyhun Bayramov 24 saatlıq anti-terror tədbirlərindən sonra Azərbaycanın öz əraziləri üzərində tam suverenliyi bərpa etdiyi, sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandıraraq bölgədə sülh və təhlükəsizliyin bərqərar olunmasında, regiona davamlı sülhün gətirilməsində, habelə regional əməkdaşlığın təşviqində  ölkəmizin qərarlılığını bir daha diqqətə çatdırıb.



Oxşar xəbərlər