Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkda səmaya qaldırılıb - FOTO
18-10-2023, 22:51
54

Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkda səmaya qaldırılıb - FOTO

ÖNDERTV.ORG


18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkun simvolu və maliyyə mərkəzi hesab olunan “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.

ÖNDERTV.ORG xəbər verir ki, mərasim turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində, Azərbaycan-Nyu-York Assosiasiyasının üzvlərinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Nyu-Yorkda yaşayan həmvətənlərimiz, Nyu-York meriyasının təmsilçiləri, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Üçrəngli bayrağımız Azərbaycan Dövlət Himninin sədaları altında Nyu-York səmasına qaldırılıb. Ölkəmizin bayrağı ABŞ bayrağı ilə birlikdə səmada dalğalanıb.
Bölgəni ziyarət edən turistlər bağrağımızın fonunda şəkil çəkdiriblər.
Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” park bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına evsahibliyi edəcək. Oktyabr ayının 27-də meydandakı Azərbaycan bayrağı Türkiyə Respublikasının 100 illiyi münasibəti ilə Türkiyə bayrağı ilə əvəz olunacaq.



Oxşar xəbərlər