Azərbaycan Arayikin "arzusunu reallaşdırdı" - Bakıdan ona sürpriz...
4-10-2023, 21:09
72

Azərbaycan Arayikin "arzusunu reallaşdırdı" - Bakıdan ona sürpriz...

ÖNDERTV.ORG

44 günlük müharibənin başladığı gündən diplomatlardan tutmuş siyasətlə maraqlanmayan adi bir sakinə qədər hər bir azərbaycanlının həvəslə gözlədiyi məsələlərdən biri Qarabağda qondarma rejimin "prezidenti" Arayik Arutyunyan tutulması idi. Dəfələrlə onun ələ keçirilməsi barədə məlumatlar yayılırdı, şəkilləri fotoşopla işlənirdi. Bu gün üçüncü anım günü olan Gəncə hadisələrində isə ona olan nifrət birə beş artmışdı. Çünki, mülki vətəndaşları gecə yatdıqları yerdə qanına qəltan etmək əmrini məhz elə bu şəxs vermişdi.
Döyüşlərin dayandırılmasından sonra bəziləri Arayikin tutulmasından ümidini üzmüşdü. Çoxları inanmırdı ki, Arutyunyan qolları qandallanmış halda Bakıya gətirilə bilər. Antiterror tədbirləri zamanı Arayikin tutulacağına dair ümidlər yenidən oyanmağa başladı, Ruben Vardanyanın saxlanılmasından sonra isə inam daha da artdı.
Ötən gün ilk rəsmi xəbər gəldi. İllərdir gözlənilən xəbər Arayikin saxlanılması ilə bağlı idi. Məlumatda bildirilirdi ki, qondarma rejimin keçmiş "prezidenti" Arayik Arutyunyan saxlanılıb, Bakıya gətirilir. Bu xəbər Azərbaycan mediasında bir "partlayış" oldu. Hər kəs bu xəbəri müzakirə edib, Azərbaycanın uğuruna sevinirdi. Sosial şəbəkələrdə bütün statuslarda Arayikin şəkilləri idi. O, çıxışlarında düşmənə diz çökdürəcəyini, Bakıya qədər gələcəyini demişdi. İstədiyi də oldu, amma, tam fərqli formada...
lBu gün onun DTX əməkdaşlarının yanında qolları bağlanmış halda ilk fotosu yayıldı. Onun ötən gün saxlanılıb, bu gün fotosunun yayılması ilə heç də təsadüf deyil. Bu, Gəncə hadisələrini törədən şəxsin elə həmin gündə layiqli cəzasını alması deməkdir. Cənab prezidentin çıxışlarında da dediyi kimi Azərbaycan xalqına qarşı hərbi cinayətlər həyata keçirmiş şəxslərə layiqli cəza veriləcək. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan İsraildən sonra ikinci ölkədir ki xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir.

Oxşar xəbərlər