Media rəhbəri Rəşad Məcidi təbrik etdi
25-09-2022, 16:36
86

Media rəhbəri Rəşad Məcidi təbrik etdi

ÖNDERTV.ORG xəbər verir ki, vetenim-azerbaycandir.az, ondertv.org və 44gun.org xəbər saytlarının rəhbəri Kamran Orucov bu gün keçirilən Azərbaycan Jurnalistlərin VIII- ci qurultayında Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilmiş Rəşad Məcidi yeni işində və vəzifəsində uğurlar arzuladığını bildirir.
ÖNDERTV.ORG olaraq təbrik məktubunu olduğu kimi təqdim edirik: 

Hörmətli Rəşad məllim!

Bu gün ölkədə keçirilən Jurnalistlərin VIII-ci qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. 

Uca Allahdan sizə yeni vəzifənizdə uğurlar əldə etməyinizi və Azərbaycan mətbuatının inkişafında yeni töhfələr verməyinizi arzu edirik. 

Xatırladım ki, uzun müddət mətbuatda xidmətiniz bir daha onu göstərir ki, digərlərindən fərqli olaraq təkliflərə və yeni fikirlərə hər zaman açıq olmusuz və məsələlərə tam obyektiv, şəffaf, vicdanlı və qərəzsiz bir mövqedə yer almısınız. 

İnanırıq ki, sizin çətin və şərəfli işinizdə yeni yeni töhfələriniz olacaq.

Bir daha sizə uğurlar və nailiyyətlər arzu edirik.

Vüsal Süleymanov 
ÖNDERTV.ORG      

Oxşar xəbərlər