“Azərbaycan Ermənistanla məsələlərin sülh yolu ilə həllini istəyir” - Prezidentin köməkçisi
16-09-2023, 10:19
69

“Azərbaycan Ermənistanla məsələlərin sülh yolu ilə həllini istəyir” - Prezidentin köməkçisi

ÖNDERTV.ORG


"Bakı İrəvanla mövcud məsələlərin sülh yolu ilə həllinə köklənib".
ÖNDERTV.ORG xəbər verir ki, bu fikirləri TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun fəaliyyət göstərir:
"Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik. Ona görə də Azərbaycan nə Ermənistanla, nə də heç bir üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək. Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur”.
H. Hacıyev bildirib ki, Qarabağ Azərbaycanın daxili məsələsidir və buna etiraz etmək cəhdi regionda davamlı sülhə nail olmaq baxımından əks təsir verir.

Oxşar xəbərlər