Onun sözlərinə görə, Bob Menendez ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə, ABŞ Senatının Xarici əlaqələr komitəsinə yalan məlumat verir və saxta şəkillərlə yalan danışır:
"Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən sonra bu aşkar yalandan istifadə etməkdən utanırlar".
Gündəm / Siyasət
13-09-2023, 15:08
37
Menendezin lobbiçiliyi Konqresin qlobal reputasiyasına xələl gətirir - Hikmət Hacıyev
ÖNDERTV.AZ
Bu cür lobbiçilik, "pul danışıqları", azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir. Ayıbdır!
ÖNDERTV.AZ Trend-ə istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Bob Menendezə cavab olaraq yazıb.