Separatçılarla bağlı Azərbaycanın nə edəcəyi bəllidir - İndi Ermənistan düşünməlidir
18-07-2023, 09:56
168

Separatçılarla bağlı Azərbaycanın nə edəcəyi bəllidir - İndi Ermənistan düşünməlidir

ÖNDERTV.ORG


Atəş səslərinin Qarabağda və Azərbaycan-Ermənistan sərhədində eşidilməsi və bunun arxasında olan məqsəd dəyişmədi. Son 30 ildə istər müharibəyə qədər, istərsə də müharibədən sonra eyni məqsədləri müşahidə edirik.

Bu barədə sualalrını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, məqsəd təzyiq, danışıqlarda nəticə əldə edilməsini dondurmaq, Azərbaycanın siyasi suverenliyinə xələl gətirməkdir.
"Təbii ki, bu yalnız Ermənistanın işi deyil . Ermənilərin əli ilə, onlardan vasitə kimi istifadə edən qüvvələr var. Brüssel görüşü daha öncə olan görüşlər kimi uğurlu keçdi. Ona görə ki, Azərbaycanın şərtləri və mövqeyi daha da genişləndi. Artıq beynəlxalq platformada Ermənistan bunu qəbul etməsə də, Qərbi Azərbaycanlıların Ermənistana qaydışı rəsmi Bakı tərəfindən qaldırılır. Bu olduqca vacib məsələdir. Eyni zamanda Brüsseldə Şarl Mişel Qarabağ erməniləri ilə Azərbaycan arasında danışıqlarda birbaşa dialoq ifadəsindən istifadə etdi və bunu öz istəyi kimi bildirdi. Hansı ki, bu Azərbaycan tərəfindən son bir ildə qabardılırdı və Ermənistan etiraz edirdi ki, danışıqlarda beynəlxalq vasitəçilər iştirak etməlidir. Əlbəttə ki, bütün bu uğurlar kimlərisə narahat edir. Ona görə də təxribatlarını davam etdirirlər", - deyə o əlavə edib.
Politoloq həmçinin bildirib ki, Azərbaycan hazırda Ermənistanın ərazi bvütövlüyünü, sərhədlərini rəqəmlərlə tanımayıb.
"Söhbət hansı rəqəmdən, hansı ərazilərin gerçəktən Ermənistana məxsus olmasından gedir. Bu hələ sual altındadır. Yaxşı olardı ki, erməni tərəfi bunu başa düşsün. Danışıqlarda da mövqeyimizi gücləndirən ən əsas xüsusiyyətlərnə biri budur. Azərbaycanın ərazilərini rəqəmlərlə tanıyasn Ermənistandır. Qarabağın gələcəyi məsələsi artıq həllini tapıb, separatçılarla bağlı Azərbaycanın nə edəcəyi bəllidir. Sadəcə bu zaman məsələsidir. Biz əgər onu sülh yox, digər yollarla etsək, bundan sonra danışıqlar masasında şərtlərimiz daha da çox olacaq. Ermənistan düşünsün ki, onları nə gözləyir. Ona görə də atəş səslərinin eşidilməsi, təxribatlar yalnız Ermənistana zərər vuracaq ",- deyə Z. Məmmədov vurğulayıb.

ÖNDERTV.ORG

Oxşar xəbərlər