"Ana-ata, məni Ermənistandan çıxart! Yaşamaq istəyirəm!” və ya BQXK haqqında bilməli olduğunuz hər şey
11-07-2023, 12:26
64

"Ana-ata, məni Ermənistandan çıxart! Yaşamaq istəyirəm!” və ya BQXK haqqında bilməli olduğunuz hər şey

ÖNDERTV.ORG


Erməni əsirliyində olan Novruzov Laçın Əhməd oğlunun 1994-cü il fevralın 10-da yaxınlarına yazdığı məktub:
"Salam, ata-ana. Mən Ermənistanın Edilli kəndində Novruzov Laçın. Sənə qurban olum, gəlin məni qurtarın! Sənə yalvarıram. Ana, bunu yazan Laçındır. Nətər olursa olsun, qurtarın. Novruzov Laçın. Ana, məni qurtarın buradan, yaşamaq istəyirəm tez qurtarın gözləyirəm sizi. Laçın. Sağ olun!"

ÖNDERTV.ORG bildirir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin möhürü olan məktubu faktiki olaraq BQXK Laçın ailəsinə təhvil verib. Lakin o, evə qayıtmayıb. Əsirlikdə öldürülüb.
BQXK zamanında, Azərbaycanlı əsirlər üçün heç bir addım atmamışdı. Gənc oğullarımız, qızlarımız erməni-rus təcavüzü nəticəsində əsir düşmüş və sonrakı talelərindən xəbər alınmamışdır. Vaxtilə əsir düşmüş azərbaycanlılar üçün barmağını tərpətməyən BQXK, indi ermənilər üçün siqaret və benzin qaçaqmalçılığı edir...


ÖNDERTV.ORG

Oxşar xəbərlər