Ukrayna ordusu ötən sutka İranın 26 “Shahed” PUA-sını məhv edib
11-07-2023, 09:28
173

Ukrayna ordusu ötən sutka İranın 26 “Shahed” PUA-sını məhv edib

ÖNDERTV.ORG


Ukrayna ordusu ötən sutka ölkənin cənub hissəsində Rusiyanın İran istehsalı olan 26 "Shahed" pilotsuz uçan aparatını (PUA) məhv edib.

ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya ordusu ötən gün 28 PUA ilə Ukrayna ərazisinə hücum edib.
Bundan başqa, Ukraynanın Hərbi Hava Qüvvələri ötən sutka Rusiyanın bir helikopterini (tipi dəqiqləşdirilir), 3 "Lanset" zərbə PUA-sını və 4 taktiki-əməliyyat səviyyəli kəşfiyyat dronunu vurub.


ÖNDERTV.ORG

Oxşar xəbərlər