MİNGƏÇEVİR "ASAN PEŞƏ" SEKTORUNDA MƏZUN GÜNÜ.
10-07-2023, 21:25
113

MİNGƏÇEVİR "ASAN PEŞƏ" SEKTORUNDA MƏZUN GÜNÜ.

ÖNDERTV.ORG

Kür çayının sahilində,  Mingəçevir şəhər "Asan Xidmət"in nəznində  Ələmdar Quliyev adına  "Asan Peşə" Təhsil mərkəzi hələ Sovetlər birliyi dövründən fəaliyyət göstərir. Son iki ildə Mingəçevir Peşə məktəbi bir çox elm və təhsil ocaqlarına nümunə olacaq  potensiala malik olduğunu sübut etdi.



"Asan Peşə"-Təhsil mərkəzi Avropa  standartlarına cavab verə biləcək müasir proqramlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmişdir. Qeyd etmək istəyirəm ki, müxtəlif ixtisaslar üzrə  təhsil alan tələbələr  ixtisasına uyğun attestasiyadan keçərək, komissiyanın nəzarəti altında ixtisaslarını təkminləşdirirlər.  Mərkəzdə: Proqramla idarə olunan dəzgahların operatoru. Tikiş avadanlıqlarının operatoru. Tikişçi, Dərzi, Çilingər, Santexnik ixtisasları. Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssislər hazırlanır. Mingəcevir Asan Peşə Məktəbində 2022-2023cü  tədris ilində 4 ixtisas üzrə 71 tələbə ilin yekun imtahanlarını müvəffəqiyyətlə başa vurdu. Ölkəmizdə kadr potensialının artırılması istiqamətində təhsil sektorunun dəstəyi  danılmazdır. Dövlət Buraxılış İmtahanı prosesində mərkəzin direktoru Bahar xanım Yusifova, DAK-ın sədri  Akkord MMZ-nin direktoru Həsənov Eyvaz, Sahə üzrə mütəxəssislər və digər komissiya üzvləri iştirak etmişlər. Təhsil ocağında nizam-intizamın yüksək səviyyədə həyata keçməsi, tədbirlərin təşkil olunması məktəb rəhbərliyinin, xüsusilə Bahar xanımın profesional təşkilatçılığından irəli gəlir. Bunun nəticəsidir ki,  məktəbdə əlamətdar günlərə həsr olunmuş maarifləndirici təlimlər,  seminarlar və vebinarlara innovasiya sahəsində  imzası olan mütəxəsislər dəvət olunur. Nəhayyət ki, "Məzun Günü" həyəcanı yetişdi. Qürurverici haldır ki, "Məzun Günü" tədbiri üçün hazırlanmış məzun uniformalar dərzi ixtisası üzrə təhsil alan tələbələrin öz əl əməkləri idi. Dövlət bayrağının  və himnimizin sədaları altında məktəbin direktoru Bahar xanım Yusifova tədbiri açıq elan etdi. Vətən uğrunda canlarını fəda edən məzun Şəhidlərimizin  xatirəsini əbədiləşdirən lövhə önündə tədbir iştirakçıları Şəhidlərimizi  1dəqiqəlik sükutla yad etdilər. İlk söz Şəhidlərimizin dövlətimizə əmanət  qoyduqları övladlarına və ailə üzvülərinə verildi.  Döyüş yoldaşları Şəhidlərimizin igidliyindən qürur hissi ilə çıxış etdilər. Daha sonra Tədris ilində fərqlənən tələbələr rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif edildi. Sonunda musiqi sədaları altlnda tələbələrin rəqsləri, Vətənpərvərliyə aid mahnıları ifa  olundu.   Mingəçevir şəhər "Asan  Peşə"- mərkəzində əvəzolunmaz  və unudulmaz bir gün keçirdik. Vətənim Azerbaycandır.az informasiya agentliyinin  rəhbərliyi Mingəçevir şəhər Peşə məktəbi kollektivini xüsusilə məktəbin direktoru Bahar xanımı və məzunları təbrik edir, onlara gələcək karyeralarında uğurlar arzulayır.

Vətənim Azerbaycandır.az informasiya agentliyinin icraçı direktoru: NURİDƏ  MƏMMƏDOVA    
 

ÖNDERTV.ORG

Oxşar xəbərlər