Xamenei: Məqsəd qoysaq, Qərb İranın nüvə silahı hazırlamasına mane ola bilməz
11-06-2023, 16:54
68

Xamenei: Məqsəd qoysaq, Qərb İranın nüvə silahı hazırlamasına mane ola bilməz

ONDERTV.ORG

Əgər İran qarşısına məqsəd qoysa, Qərb Tehranın nüvə silahına sahib olmasına mane ola bilməz.
ONDERTV.ORG İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Ali Lideri Əli Xamenei ölkənin atom sənayesinin nümayəndələri ilə görüşdə bildirib.
Əli Xamenei deyib ki, 20 il ərzində düşmənlər (Qərb dövlətləri) İranın atom sənayesinin inkişafına maneələr yaradıblar və bunu nüvə silahı bəhanəsi altında ediblər: “Onlar bilirlər ki, biz nüvə silahına can atmırıq. Əgər bu belə olmasaydı, onlar bizi dayandıra bilməzdilər”.



ONDERTV.ORG

Oxşar xəbərlər