Gündəm
9-06-2023, 10:24
220
DOSTLAR GÜNÜNÜZ MÜBARƏK OLSUN🤲🤲
ÖNDERTV.ORG
Dost dediyin yolda tanınar.
“Qardaşın kimdir?” sualına “yol yoldaşı olmamışıq” deyirik e... Bax, eləcə dost dediyinlə yol yoldaşı olmalısan. Dost yolda tanınar.Əgər sən Allahla yola çıxırsansa və ya Allah deyib yola çıxırsansa deməli yolu və dostu tapmısan. Yol yoldaşı Allah olana kim nə edə bilər ki? Əgər sən dost olaraq Onu özünə vəkil seçmisənsə müjdələr olsun sənə ki, hidayət üzrəsən. Bu yolda yürüdükcə, dost dediyin də Allah olduqca nicat tapanlardan olacaqsan.
Bir dərdin olanda arxayınlıqla Ona deyə bilərsən. Səni dinləyəcək, sənə yardım edəcək yeganə güc və qüvvət sahibi yalnız ODUR. Yalnız O, səni anlayacaq və başqaları sadəcə dinləyirsə, O, həm də yardım edəcək.
Axı O, sənin dostundur. Dostun!
Əminsən ki, O hər zaman səni dinləyəcək və yardım edəcək. Bir günahına görə səndən üz çevirməyəcək. Bağışla deyən kimi bağışlayacaq.
Səni hər kəsin tənəsindən, qınağından, qeybətindən... qoruyacaq. Çünki dostusan. Sən Onu özünə dost seçdiyin üçün O da səni dost seçib. Onu dost seçdiyin üçün sənə cənnətini vəd edib. İkili dünyanın sakini olduğunu bilirsən.
Ona görə də özünə elə dost seç ki, axirətdə də səninlə olmasından məmnun olasan. “Məgər bilmirsiniz ki, göylərin və yerin səltənəti (hökmranlığı) yalnız Allaha aiddir və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!” (Bəqərə, 107)
NUR xanım