Luis Lakalye Pou Prezident İlham Əliyevi təbrik edib
6-06-2023, 19:11
185

Luis Lakalye Pou Prezident İlham Əliyevi təbrik edib

ÖNDERTV.ORG

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou Prezident İlham Əliyevə məktub ünvanlayıb.
ÖNDERTV.ORG AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Uruqvay xalqı və hökuməti adından, şəxsən öz adımdan Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, həmçinin əziz xalqınıza sülh və firavanlıq arzularımı qəbul edin

Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında çox gözəl ikitərəfli münasibətlər yaranıb. Bu münasibətlərin iqtisadi, siyasi, mədəni əməkdaşlıq zəminində daha da möhkəmlənəcəyinə tam əminəm.
Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə ən yüksək ehtiramımı bildirirəm".

ÖNDERTV.ORG

Oxşar xəbərlər