Quba rayonunda Dövlət Turizm  Agentliyin maliyyə dəstəyi ilə layihələrin icrasına başlanılıb
6-06-2023, 16:49
676

Quba rayonunda Dövlət Turizm Agentliyin maliyyə dəstəyi ilə layihələrin icrasına başlanılıb

ÖNDERTV.ORG

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Turizm sahəsində layihələrin maliyyələşdirilməsi üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən  “Kənd turizmin inkişafına mane olan sosial problemlərin həllinə dəstək”  layihəsinin icrasına başlanılıb. Layihə Xınalıq və Qrız kəndlərində icra olunacaq. 
    Layihənin  ümumi məqsədi kənd yerlərində infrastrukturu inkişaf etdirməklə təklif olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqdır. Kəndə gəzməyə gələn turistləri ən çox narahat edən problemi vaxtında aradan qaldırmaq, turistlərin səmərəli istirahətinin təmini ilə yanaşı turistlərin təkrar kəndə gəlməsini, kəndin tarixi, mədəniyyəti və adət-ənənəsinin doğru təbliğini təşviq etməkdir. Xüsusilə qeyd etmək olar ki, layihə ümumi olaraq kəndin ekloji baxımından təmizliyinə də müsbət təsir etmiş olacaq. Layihənin icrası zamanı Xınalıq kəndində qəzalı vəziyyətdə olan 6 ədəd bulaq təmir və bərpa olunacaq, Qrız kəndində isə ictimai sanitar qovuşağı və gözləmə məntəqəsi (besetka) qurulacaq.  Həmçinin layihə zamanı kənd turizmin inkişafı, xidmətlər təklifinin kəmiyyət və keyfiyyətinin  yaxşılaşdırılması, müştəri məmnunluğu və etik davranış qaydaların normalaşdırması istiqamətində ailə turizmi ilə məşğul olan şəxslərə təlimlər təşkil olunacaq. Layihəni icra müddəti 4 aydır. 



ÖNDERTV.ORG

Oxşar xəbərlər