Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var - Emma Nikolson
1-06-2023, 10:59
178

Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var - Emma Nikolson

ÖNDERTV.ORG

Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, bunu bu gün Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi zamanı deyib.
Onun sözlərinə görə, Böyük Britaniyanın Azərbaycandakı bp şirkəti bu "yaşıl" layihələrin həyata keçirilməsində ölkəyə dəstək olmaqda böyük rol oynayır.
"Azərbaycanın dəniz külək enerjisi əhəmiyyətli potensiala malikdir, ölkədə təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. Onu da vurğulamaq istəyirəm ki, Böyük Britaniya dəniz enerjisi sahəsində mühüm təcrübəyə malikdir və Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaşıl enerjiyə keçid sürətləndirilə bilər", -
 

ÖNDERTV.ORG

Oxşar xəbərlər