Onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış baş məşqçi reanimasiyaya yerləşdirildi
19-05-2023, 23:34
302

Onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış baş məşqçi reanimasiyaya yerləşdirildi

ÖNDERTV.ORG

Türkiyənin "Beşiktaş" və "Fənərbağça" komandalarının sabiq baş məşqçisi Kristof Daum reanimasiyaya yerləşdirilib.

ÖNDERTV.ORG report-a istinadən xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən 70 yaşlı mütəxəssis ABŞ-ın Nyu-York şəhərindəki xəstəxanalardan birində intensiv müalicə alır.
Ötən ilin yayında almaniyalı çalışdırıcıya ağciyər xərçəngi diaqnozu qoyulub.

Qeyd edək ki, Kristof Daum 1994-1996 və 2001-2002-ci illərdə "Beşiktaş"ın, 2003-2006 və 2009-2010-cu illərdə isə "Fənərbağça"nın sükanı arxasında olub.


ÖNDERTV.ORG

Oxşar xəbərlər