Bayramov və Lavrovun təkbətək danışıqları bitib, geniştərkibli görüş başlayıb - YENİLƏNİB - FOTO
19-05-2023, 13:33
75

Bayramov və Lavrovun təkbətək danışıqları bitib, geniştərkibli görüş başlayıb - YENİLƏNİB - FOTO

ÖNDERTV.ORG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başa çatıb.
 
ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 
Hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir. 

12:14
Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
Milli.Az xəbər verir ki, görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.
--- 
ÖNDERTV.ORG
09:12
Bu gün Azərbaycanla Ermənistan arasında "sülh sazişi" layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.
 
ÖNDERTV.ORG xəbər verir ki, görüş Rusiyada baş tutacaq.
Artıq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvadadırlar. Ceyhun Bayramovun Rusiyalı həmkarı ilə də təkbətək görüşü olacaq. 
 
ÖNDERTV.ORG






 
ÖNDERTV.ORG

Oxşar xəbərlər