UNUDULMAYAN TARİXİ ŞƏXSİYYƏT
7-05-2023, 21:02
260

UNUDULMAYAN TARİXİ ŞƏXSİYYƏT

ÖNDERTV.ORG


    Həyatın mənasını xalqa, vətənə, millətə sevgi və xidmətdə görən insan əsl lider, rəhbər və öndərdir. Ölkəmizə rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyevin böyük quruculuq işləri, ölkənin inkişafı və tərəqqi illəri kimi tarixə yazılmışdır. O ən çətin məqamlarda xalqının köməyinə çatan, onu məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbər, milli lider, ulu öndərdir. Bu gün dünyanın istənilən yerində “Azərbaycan” deyərkən “Heydər Əliyev”, “Heydər Əliyev” deyərkən “Azərbaycan” başa düşülür. Çünki müstəqil və qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. 
             Ulu Öndər Heydər Əliyevin nümunəsində tərbiyə ümüumtəhsil məktəblərimzin ən ümdə başlıca tərbiyə və təlim istiqaməti olmalıdır. Hazırkı dövrdə şagirdlərin ideya inamının formalaşdı­rıl­ma­­sında ümummilli lider Heydər Əliyevin irsin­dən istifadə olunması, onun həyat və fəaliyyətinin öyrənilməsi  çox böyük uğurlar əldə etməyə imkan verər.
 Bu  sahədə ümumtəhsil və orta ixtisas məktəblərimizdə, koolleclərimzidə, ali təhsil müəssisələrimizdə  təlim və tərbiyə  işlərinin təşkilində zəngin iş  forma   və  metodları vardır. Dahi rəhbərin mənalı həyatı və yorulmaz fəaliyyəti, hər yerdə əla qiymətlərlə təhsil illəri, çox yönlü apardığı siyasi işləri, xarizmatik idarəçiliyi,  diplomatik görüşləri, insanlarla səmimi ünsiyyəti yetişən gənc nəslimiz  üçün ən yaxşı tərbiyə vasitəsi, mənəviyyat və əxlaq məktəbidir.    
Təlim prosesində xüsusilə humanitar fənlərin tədrisində Ulu Öndər Heydər Əliyevlə bağlı keçilən dərslər xüsusi əhəmiyyət və aktuallıq kəsb  edir. Belə dərslərdə texniki vasitələrdən istifadə olunması, audio və video disklərdən, slaydlardan, müxtəlif foto şəkillərdən  istifadə etmək çox  faydalı və əhəmiyyətli olar, dərsin keyfiyyəti də xeyli yüksəlmiş olar. 
             Heydər Əliyevin ədalət, mənəviyyat, yüksək iradə və əzmkarlığa malik olması, səbr və təmkinlə,  dərin zəkası və mahir siyasəti ilə, yüksək təşkilatçılığı ilə, həmişə uğurlu fəaliyyəti ilə hər bir ölkə vətəndaşının qürur mənbəyi, yetişən gənc nəslimizin nümunə məktəbidir. 
               Heydər Əliye­vin Tanrıya inamı, inancına sədaqəti, yüksək vətənpərvərliyi və xalqına, millətinə bağlılığı, həmişə, hər yerdə azərbaycanlı olmasıyla qürur duyması, həqiqətsevərliyi,  reallığı düzgün qiymətləndirə bil­mə­si, sözü ilə əməlinin bütövlüyü, haqqı çılpaq və sərt deyə bilmək cəsarəti, pisliyə nifrət və onun daşıyıcılarını tənqid etmək, yaxşıları isə mükafatlan­dırmaq və xal­qın gö­zün­də ucaltmaq səyləri, fəzilət sahibi, mər­hə­mət­li və şəfqətli olması, natiqlik məharəti  və səmimi ünsiy­yət qabiliyyəti,  yüksək milli vətənpərvərliyi və azərbaycançılığı bugün­kü nəslin tərbiyə məktəbi, əxlaq və mənəviyyat  nümunəsidir.
        “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbay­can xalqıdır, Azərbaycan Res­pub­likasıdır, Azər­baycan vətən­daşıdır. Əgər buna nail ola bilsəm, həyatımı ən xoşbəxt adam kimi başa çatdıracağam. Məhz buna nail olmağa çalışıram və çalışaca­ğam”. Bu fikirlər ulu öndər Heydər Əliyevin ülvi, müqəddəs həyat amalı, ide­ya­ları, həyat fəaliy­yə­tinin meyarı, ölçü vahidləri olmuşdur.
      “Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir”, - deyən dahi şəxsiyyət həm də bildiridi ki,  “Azərbaycana bəxş etdiyim bu töhfələr mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaqdır”.
Ulu öndər Heydər Əliyevin ideyalarını əqi­dəyə çe­virmək, bu əqidəni yetişən nəslin ruhuna hop­durmaq, onları əsl vətəndaş kimi yetişdirmək, ölkənin, xalqın məna­­­­fe­­­yi uğrun­da fədakar mübarizlər kimi formalaşdırmaq, müstəqillik qazanmış suve­ren ölkənin tələblərinə cavab verən bir səviyyəyə qaldırmaq qarşımızda duran mü­hüm, ümdə vəzifədir. Belə bir vəzifənin uğurlu həlli üçün bütün tərbiyə işinin qoyu­lu­şuna, onun daxili məzmun istiqamətinə nüfuz etmək, şagirdlərin  idrakına və qəlbinə Heydər Əliyev  ideya­ları ilə təsir göstərmək  bu günkü   tərbiyə  və  təhsil prosesinin əsas istiqaməti  olmalıdır.
 
 
                        Ədəbiyyat
  1. Əliyev Heydər. Ali Məktəb İşçilərinin Rеspublikа Müşаvirəsində nitq/ Azərbaycan ali məktəblərinin işini partiyanın yüksək tələbləri səviyyəsinə qaldıraq: ali məktəb işçilərinin respublika müşavirəsində nitq; 28 may 1980-ci il/Heydər Əliyev; burax. məs. Ə.Ağayev.- Bakı: Azərnəşr, 1980,  46 s. 
  2. Əliyev İlham Heydər oğlu.Müəllimlərin XIII qurultayının iştirakçılarına göndərdiyi məktub. 22 sentyabr 2008-ci il/ Azərbaycan müəllimlərinin XIII qurultayı (22 sentyabr 2008-ci il) Bakı: Çaşıoğlu, 2009, 302 s.
 

  Hümeyrə Dadaş qızı Nadiri
ADPU- nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tarix müəllimi
 

ÖNDERTV.ORG

Oxşar xəbərlər