"Ölkədə dollarlaşma əhəmiyyətli dərəcədə azalıb"
5-05-2023, 13:14
83

"Ölkədə dollarlaşma əhəmiyyətli dərəcədə azalıb"

ÖNDERTV.ORG
ÖNDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, son 20 il ərzində ölkənin ÜDM-nin 22 dəfə artaraq 133,8 milyard manata çatması bunu təsdiqləyir.

"Bundan başqa, elə həmin dövrdə ölkəmizin əhalisinin gəlirləri 17 dəfə, strateji valyuta ehtiyatları 41 dəfə (2003-cü ildəki 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb) artıb",- o deyib.

N.Əmirov qeyd edib ki, Azərbaycanın bank sektoru da ildən ilə dinamik inkişaf nümayiş etdirir.

"Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan banklarının aktivləri 44,8 milyard manatdır, biznes kreditlərinin payına 11 milyard manatdan çox düşür. Həmçinin vurğulamaq istəyirəm ki, ölkədə dollarlaşma əhəmiyyətli dərəcədə azalıb, xüsusən xarici valyutada kreditlərin sayı xeyli azalıb", - deyə o əlavə edib.


ÖNDERTV.ORG

Oxşar xəbərlər