İrəvanda qızıl medal qazanan türk atlet: Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm
29-04-2023, 08:08
105

İrəvanda qızıl medal qazanan türk atlet: Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm

ÖNDERTV.ORG

Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında qazandığı qızıl medalı Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıran Cansu Bektaş dəvətə görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.
 
ÖNDERTV.ORG AZƏRTAC-a istinadən xəbər verir ki, o, bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

"Hörmətli Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun", - deyə 49 kiloqramda qitə çempionu olan Bektaş paylaşımında yazıb.

Qeyd edək ki, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün ilə görüşüblər.


 
ÖNDERTV.ORG

Oxşar xəbərlər