
Gündəm
31-03-2025, 18:00
154
Dünya şəhərlərinin ən incisi insanlardır
ONDERTV.ORG
https://www.facebook.com/100012983984230/videos/3583990821904405/?mibextid=rS40aB7S9Ucbxw6vBu video həmişə olduğu kimi məndə tamamilə başqa fikirlər yaratdı. Bəli, az qala iki həftəlik Novruz və Ramazan bayramları tətili günlərində Bakı beləcə boşdur. Dünyanın hansı şəhəri olur olsun, onun incisi insanlardır.
Bu video həm də onu sübut edir ki, Bakı sakinlərinin mütləq əksəriyyətinin kökü rayonlardandır. Məsələn, 1851-ci ildə Bakıda cəmi 7431 nəfər yaşayırdı. Həmin dövrdə, yəni 1856-cı ildə Şamaxıda isə 20000 nəfər əhali vardı.
Məhz həmin illərdə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra paytaxtın Bakıya köçürülməsi, həmin əsrin sonlarında burada başlayan neft bumu nəticəsində növbəti XX əsrdə Bakı sürətlə böyüdü və indi gördüyümüz 2.3 milyonluq bir şəhərə çevrilib.
Bu tarixi bilən və dərk edən hər kəs üçün ara-sıra ortaya atılan "bakılı-rayonlu" sərsəmləməsi ancaq istehza doğurur. Yuxarıdakı rəqəmlər fonunda məsələni Ədalət Tərəzisinə qoysaq Bakının əslində məcazi mənada rayonluların şəhəri olduğu aşkar görünmürmü?
Bunu da anlamayanlar üçün tərs bir sual verəcəyəm. Tutaq ki, sehirli bir çubuqla bütün rayon əsilli olanları Bakıdan çıxarsalar və orada ancaq əcdadları sırf bakılı olanları saxlasalar şəhərdə nə qədər əhali olar və bu əhali Bakını paytaxt kimi "işlətməyə" yetərmi? Aşağıdakı video buna "yox" cavabını verir
Bu üzdən bakılı-rayonlu söhbətini artıq şüurlardan silməyin vaxtıdır. Cəmi 10 milyon əhalisi olan ölkədə bu bayağı məsələni qaldırmaq çox yersizdir. Biz hamımız Azərbaycan türkləriyik və "Təbriz, İrəvan, Dərbənd və sair bizimdir" düşüncəsi əsrlər boyu yalnız indi artıq açıq formada şüurlarda intişar tapdığı halda "Bakı bizimdir" deyənlər çox zavallı deyllərmi?
İkinci bənddə yazdığım rəqəmləri aldığım Gemini asissentinin cavablarının ekran surətini şərh bölməsində dərc edirəm.
https://www.facebook.com/100012983984230/videos/3583990821904405/?mibextid=rS40aB7S9Ucbxw6v
OMDERTV.ORG
Etibar Əliyev