Yeni rəisi kollektivə Xalid Əhədov təqdim etdi
17-04-2023, 18:10
111

Yeni rəisi kollektivə Xalid Əhədov təqdim etdi

ÖNDERTV.ORG
Bu gün Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni vəzifəyə təyin olunmuş rəisi Mürsəl İbrahimovu kollektivə təqdim edib.

ÖNDERTV.ORG xəbər verir ki, X.Əhədov Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini kollektivə çatdırıb, Xidmət rəisinə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə general-polkovnik Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Mürsəl İbrahimov Dövlət Xidmətinin rəisi təyin olunub.



ÖNDERTV.ORG

Oxşar xəbərlər