"Qazaxıstanın regionumuzda sülhün bərqərar olmasına yönəlmiş mövqeyi böyük hörmətə layiqdir"
10-04-2023, 21:25
55

"Qazaxıstanın regionumuzda sülhün bərqərar olmasına yönəlmiş mövqeyi böyük hörmətə layiqdir"


ÖNDERTV.ORG

ÖNDERTV.ORG AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd edərək deyib: "Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir". Prezident İlham Əliyev qeyd edib ki, Qazaxıstanın beynəlxalq arenada nüfuzu artır və bu ölkə haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.



ÖNDERTV.ORG

Oxşar xəbərlər