Edillidəki məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi Edillidəki məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi Siyasət16:34Oxunma sayı: 819 Ombudsmanın faktaraşdırıcı missiyası çərçivəsində Ombudsman Aparatının əm
13-03-2023, 19:40
151

ÖNDERTV.ORG

Ombudsmanın faktaraşdırıcı missiyası çərçivəsində Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən Edilli kəndindəki kütləvi məzarlıqlarda müstəqil şəkildə yerində araşdırma həyata keçirilib və aparmış monitorinq zamanı toplanmış təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanıb.
ÖNDERTV.ORG xəbər verir ki, hesabatda beynəlxalq təşkilatlara Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə dəfn edildiyi yerlərin, habelə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim olunması, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə hüquqi məsuliyyət müəyyən edən təxirəsalınmaz tədbirlərin görülməsi üçün qəti mövqe nümayiş etdirilməsi barədə müraciət edilib.
Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara ünvanlanıb.

ÖNDERTV.ORG

Oxşar xəbərlər