Gənclik üfüqdə doğan günəş kimidir
2-02-2023, 17:43
203

Gənclik üfüqdə doğan günəş kimidir

ondertv.org



Gənclik üfüqdə doğan günəş kimidir

     Gənclik insan həyatının ən ritmik bir dövrüdür və qazanılan uğurların əsasının təməli demək olar ki, məhz bu dönəmdə qoyulur. Hər bir gənc özünün yolunu, məqsədini bilməli və bu amal uğrunda çalışmalıdır. Müasir dövrdə biz gənclər çox şanslıyıq. Ona görə ki elm və texnologiyanın sürətli inkişafı ilə bərabər bizlər də yüksək templə inkişaf etmək qabiliyyətinə malik oluruq.
    Bir gəncin özünü inkişaf etdirə biləcəyi bir ölkədə yaşadığımız üçün əslində çox şanslıyıq. Qeyd edim ki, ayaqları üstündə durmağa çalışan bir gəncliyə dövlət tərəfindən verilən dəstək əvəzolunmaz bir faktordur. “Azərbaycan dünyaya günəş kimi doğacaq” şüarını ulu öndər Heydər Əliyev deyərkən əmin idi ki, bunu Azərbaycan gəncliyi bacaracaq. Müstəqilliyimiz dövründə liderimiz İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bayrağımız bir çox yarışlarda, festivallarda, layihələrdə yüksəklərdə məhz gənclərimiz tərəfindən dalğalandırılır.
    
"Gənclər, mən sizə inanıram, güvənirəm". İLHAM ƏLİYEV

     Cənab prezidentin bu şüarına qarşılıq olaraq Azərbaycan gəncliyi də öz cavabını verdi: “Biz də Sizə inanır və güvənirik, cənab İlham Əliyev”. Bu fikirlər səsləndirildiyi zaman bəlkə də çoxları bunların gələcək üçün bir ünvanlı mesaj olduğunu anlaya bilmədi. Amma zaman bunu möhtəşəm formada, əyani olaraq hər kəsə göstərdi. Hədəfimiz və ünvanımız Qarabağ idi, bizdən qoparılan Qarabağımız. Biz burda gənclik və ali baş komandan arasında qarşılıqlı inam və güvənin qazandığı qələbənin şahidi olduq. XXI əsrdə tarix yazan, əsrlər sonra gələcək nəsillərin fəxr və qürurla tanıyacağı gənclik yetişib bu ölkədə. Mübariz İbrahimovun addımlarını izləyib, cəsarət və hünəriylə irəli gedən bir gəncliyi, xalqı  artıq bütün dünya rəğbətlə qarşılayır. Qalib ölkənin gəncləriyik biz, bunu heç bir zaman unutmamalıyıq. Bizə bu qələbəni yaşadan, sıldırım qayaları pəncələri ilə aşıb düşməni yuvasında caynağı ilə boğan  Şəhidlərimizə, Qazilərimizə hər birimizin bir ülvi borcu var: “Biz, Azərbaycan gəncliyi hər zaman bu şanlı qələbəmizi qorumaq üçün təhsilli, savadlı olub, milli-mənəvi dəyərlərimizə sahib çıxaraq üfüqdə doğan günəş kimi olmalıyıq!”


Elnurə Cəfərzadə, “Qeyd-Sosial Maarifləndirmə”  İctimai Birliyinin icraçı direktoru



ondertv.org

Oxşar xəbərlər