İş adamları yeni uğura imza atdı.
28-12-2022, 23:10
777

İş adamları yeni uğura imza atdı.

ÖNDERTV.ORG

         Gənc iş adamı Nahid Aslansoy SQİB-sədri Zemfira xanım  Ağayeva və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xanım Xələfovanın təşəbbüsü ilə müxtəlif biznes növləri ilə məşğul olan və ölkənin ictimai siyasi həyatında yetərincə tanınan xanımlar və bəylər bir araya gələrək “BİZNES PLATFORMASI” adlı qrup formalaşdırdılar. Bu qrupda olan müxtəlif biznes və peşə sahibləri biznes təlimləri alacaq, öz bizneslərinin inkişafı eləcədə fərdi inkişafları üçün təlimlərə qatılacaq, biznes uğurlarına və fərdi inkişaflarına nail olacaqlar.

Eləcədə “BİZNES PLATFORMASI” –nın üzvləri gələcəyə yönəlmiş tədbirlər planı və yol xəritəsi hazırlamışdırlar. “BİZNES PLATFORMASI” –nın üzvləri arasında bir çox tanınmış klinikaların Baş həkimləri, xaricdə təhsil sahəsində tanınmış şirkət rəhbərlər, tanınmış uşaq baxçalarının sahibləri, həkim kosmetoloqlar, məhşur modeliyerlər, turizim şirkətlərinin rəhbərləri, Hotel biznesi ilə məşğul olan sahibkarlar, ət məhsullarının tədarükü ilə məşğul olan iş adamları, media sahəsində çalışan insanlar, ölkənin ictimai, siyasi həyatında tanınmış xanımlar və bəylər  bütün yaş kateqoriyalarından insanlardır.
 “BİZNES PLATFORMASI” komandası ölkəmizdə eləcədə dünyada biznes sahəsində uğurlara imza atmış insanlardır.
ÖNDERTV.ORG

Oxşar xəbərlər