
Cəmiyyət
26-11-2022, 23:18
216
ANA
A N A
Ay ANA, nə böyük qüdrətin varmış,
Ayağın dəyən yer cənnət məkanmış.
Sultanlar önündə pişvaza varmış,
Sənə əyilməyən baş günahkarmış.
Onsuz yox həyatın ləzzəti-dadı,
Odur əlacsızın qolu-qanadı.
Heç yetim qalmasın bəşər övladı,
O ülvü varlığın ANADI adı !!!
Analar dünyasın dəyişən zaman,
Bil ki, sənin ömrün bitmişdir o an.
İstersən dahi ol, istərsən də xan,
Ömrün cəhənnəmə dönər an ba an.
Başını qatsa da sevgili-canan,
Ananın ahına dəyməz a nadan..
O bir mələkdir ki, vermiş Yaradan..
Zülmət qaranlıqda olmuş bizə dan
Dünyaya kim gəlmiş üstün
A N A D A N
NAİLƏ MURADOVA.
ÖNDERTV.ORG