Azərbaycanda orta aylıq pensiya 435 manat olacaq
30-10-2023, 10:44
62

Azərbaycanda orta aylıq pensiya 435 manat olacaq

Gələn il Azərbaycanda orta aylıq pensiya artırılacaq.
"Patrul.az” xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Rəydə bildirilib ki, cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9 % artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinin 10,7 % hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.
Qeyd edək ki, 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372,1 manatdır.

Oxşar xəbərlər