Şəhid Əliyev Valeh Xanlar oğlunun  xatirə lövhəsinin bərpadan sonra acılışı olmuşdur.
1-10-2023, 11:26
210

Şəhid Əliyev Valeh Xanlar oğlunun xatirə lövhəsinin bərpadan sonra acılışı olmuşdur.

Anım günləri ərəfəsində ,1994 cü ildə birinci vətən müharibəsi zamanı şəhid olmuş Əliyev Valeh Xanlar oğlunun  xatrirə lövhəsinin  bərpa işlərindən sonra acılışı olmuşdur."Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəsdək ictimai birliyinin təşəbüüsü ilə Bakı şəhər  Nəsimi rayonu H.Seyidzadə 1a ünvanında tədbir  təşkil edilmişdir.Tədbiri giriş sözü ilə acan, birliyin  sədri  Tofiq Əli-zadə bildirdi ki, Əliyev Valeh Xanlar oğlu 1994cü ildə  Qarabağın Fizuli bölgəsində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur.

Deyildi ki, xatirə lövhəsinin açılış mərasimi həm də Müzəffər ordumuzun Qarabağ torpaqlarının erməni işğalından tamamilə azad edilməsinin 3 il dönümünə  təsadüf edir.  "28 ildən sonra baş verən 44 günlük müharibə nəticəsində  başda Ali Baş Komandanımız olan İlham Əliyev  olmaqla Azərbaycanın müzəffər ordusu erməni işğalina elə bir dəmir yumruqlu zərbələr endirdi ki, nəticədə erməni orduları tamamilə darmadağın olundu. Bu da bizim demək olar ki, 28 ildən sonra düşmən üzərində tam Qələbəmiz idi. Daha sonra Şəhid Əliyrv Valeh Xanlar oğlunun  anası  Dürnisə Əliyeva dedi ki, Şəhidlərimiz ölməzdir, daima yaşayacaqdılar.

Onlar xalqımızın bu günkü xoş və firavan günlərimiz üçün Şəhid olmuşlar. Tədbirdə  çıxış edənlər Kamran Qrucov, Gülnarə Əmirquliyeva, Etibar Əliyev Dünyaxanım Əliyeva, Nurəddin Salayev, Aygün Hüseyn və  başqaları şəhid anasına təsəlli verərək bildirdilər ki.müzəffər və  qudrətli ordumuzun peşəkarlığı nəticəsində ərazilərimiz artəq, bütövlüklə yağı düşmənlərdən taəmişlənmişdir

Oxşar xəbərlər