Adil Əliyev: Xüsusi qayğıya ehtiyacı olan gənclərin sosiallaşması üçün Boccia idman növünün böyük rolu var
15-12-2023, 16:09
260

Adil Əliyev: Xüsusi qayğıya ehtiyacı olan gənclərin sosiallaşması üçün Boccia idman növünün böyük rolu var

ÖNDERTV.ORG

Bu gün Boccia idman növü üzrə respublika çempionatının final mərhələsi keçirilir. Boccia idman növünün ölkəmizdə inkişaf etməsinin şahidiyik. Xüsusi qayğıya ehtiyacı olan gənclərin evlərindən çıxarılması, sosiallaşması, cəmiyyət içinə çıxarılması üçün bu idman növünün böyük rolu var. 

ÖNDERTV.ORG xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu idman növü ilə məşğul olan fiziki imkanları məhdud gənclərin xüsusi qayğıya ehtiyacı var: “Ölkəmizdə böyük maraqla qarşılanan Boccia idman növünün inkişafına təkan verən hər kəsə minnətdarlığımı ifadə edir, idmançılarımıza uğurlar arzulayıram”, - deyə A.Əliyev əlavə edib. 

Oxşar xəbərlər