Keşlədə kütləvi dava - İki nəfər qətlə yetirildi
11-02-2023, 12:18
85

Keşlədə kütləvi dava - İki nəfər qətlə yetirildi

ONDERTV.ORG

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "ONDERTV.ORG"ya bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimov və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib. İ. Rzayev hadisə yerində ölüb, X.Rəhimov xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R. Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
***
Nizami rayon prokurorluğundan verilən məlumata görə, rayon ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmanın gedişində 6 nəfər şəxsin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin cinayət işi başlanıb. 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir.

ONDERTV.ORG

Oxşar xəbərlər