Xankəndində "rus nağılı": 100 yaşlı "gəmiqayıran" nənələr Putinə üz tutublar
2-01-2023, 19:19
307

Xankəndində "rus nağılı": 100 yaşlı "gəmiqayıran" nənələr Putinə üz tutublar

ÖNDERTV.ORG


Müraciətdə deyilir: "Əvvəlcədən xəbər verildiyi kimi, Rusiya vətəndaşları ekstremal vəziyyətlə əlaqədar Dağlıq Qarabağı tərk edə bilmirlər. Artıq üç həftədir ki, azərbaycanlı psevdoekoloqlar Dağlıq Qarabağı xarici aləmlə birləşdirən yeganə yolu - Laçın dəhlizini bağlayırlar. Dağlıq Qarabağın 120 min sakini blokadadadır. Onların arasında 30 min uşaq, həmçinin 5 mindən çox Rusiya Federasiyası vətəndaşı var.
Laçın dəhlizinin bağlanması üçtərəfli bəyanatın 6-cı bəndinin kobud şəkildə pozulmasıdır.
2020-ci il noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın şərtləri yerinə yetirilmir. Hazırda çarəsiz qalan Rusiya Federasiyasının vətəndaşları arasında xərçəng xəstələrinin və əlillərin olmasını nəzərə alsaq, vəziyyət çox ağırdır.

Bəziləri üçün mübaliğəsiz, kritik vəziyyət yaranıb. Rusiyadakı digər vətəndaşların da qayğıya ehtiyacı olan valideynləri və uşaqları var.
Rusiya Federasiyası vətəndaşları müraciət edi Beynəlxalq Qırmızı Xaç Təşkilatına, habelə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciətlər edib.
Lakin təəssüf ki, bu müraciətlər hələ də müsbət nəticə verməyib".
Daha sonra vurğulanır ki, "Qrajdanin" Hüquq Mərkəzi "Azərbaycan tərəfinin 09.11.2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatını kobud şəkildə pozması, bunun nəticəsində Dağlıq Qarabağda yaşayan Rusiya vətəndaşlarının kritik vəziyyətdə olması ilə Rusiya Federasiyasının Prezidenti Administrasiyasına daha bir müvafiq müraciət hazırlayır".
Və bu müraciət, sən demə,  24 may 1999-cu il tarixli, 99-FZ nömrəli "Rusiya Federasiyasının xaricdəki həmvətənlərə münasibətdə dövlət siyasəti haqqında" qanununa əsaslanırmış.
... Həmişə olduğu kimi, bu dəfə də Xankəndindəki terrorçu xuntanın faktiki rəhbəri Ruben Vardanyan propaqanda ilə məşğuldur. Amma bu dəfə "Rus icması" ilə bağlı gediş absurd tərzdədir.
Belə ki, özlərini olmayan "Dağlıq Qarabağ"ın "rus icması" adlandıran şəxslərin sənədləri sadəcə, gülüş doğurur.
"İcma" mənsublarının tam əksəriyyəti hələ də sabiq SSRİ pasportunu daşıyır. Özü də onlardan biri Gəmiqayıranların Həmkarlar Təşkilatının üzvüdür, 100-dən artıq yaşı var.
Digərinə isə sovet pasportu 1998-ci ildə, SSRİ dağılandan 8 il sonra verilib.
Təbii ki, sənədlər saxta, iddialar marazmatik, ifadələr isə yalandır.
Sadəcə, Ruben Vardanyanın ağı qara, qaranı da ağ kimi təqdim etmək cəhdləri zavallılılıq təsiri bağışlayır.

Çünki 100 yaşı olan "rus icması mənsubu" indiyədək heç olmasa bir dəfə "qəddar azərbaycanlılar" barədə açıqlama verərdi.
Qarabağda dəniz və liman olmasa da, "gəmiqayıran" da danışmayıb indiyədək.
"Blokada", "humanitar faciə"  kimi ifadələrlə əvvəlcə Avropa Birliyi ölkələrini, sonra BMT Təhlkəsizlik Şurasını aldatmağa çalışan ermənilər indi də Rusiyanı suçlayaraq Rusiyadan kömək istəyirlər.
Halbuki Rusiya ermənilərin bu sarsaq iddialarından çoxdan bezib.
Məsələnin hüquqi tərəfinə gəldikdə isə R.Vardanyanın bisavad PR "mütəxəssisləri" hələ də dərk etmirlər ki, özlərini "Rusiya icmasının mənsubları" kimi təqdim edərək "sovet pasport"larını nümayiş etdirən şəxslər heç bir halda pasportsuz ola bilməzlər. Onlarda Azərbaycan pasportunun olmadığını nəzərə alsaq, daşıdıqları pasport Ermənistanda verilib.
Bu da deyilsə, fərziyyədə Rusiya pasportu olarsa, yenə də situasiya ermənilərin əleyhinədir.
Çünki Ermənistan və ya Rusiya pasportlu şəxslər heç bir halda Azərbaycan ərazisində qanunsuz yaşayaraq nə isə tələb edə bilməzlər.

2015-ci ildə keçirilmiş son siyahıyalınmada Qarabağda cəmi 238 rusun yaşadığı təsbitlənmişdi.
"5 min Rusiya vətəndaşı"ndan bəhs edilirsə, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında hazırda yaşayan həmin adamlar mütləq şəkildə etnik ermənilər, Ermənistan vətəndaşı olanlardır.
Onlar da ölkəmizin ərazindən rədd edilməlidir.
ÖNDERTV.ORG

Oxşar xəbərlər