Xəzərin sahilində verilişinin yeni ünvanı SPACE TV oldu
8-10-2023, 13:45
335

Xəzərin sahilində verilişinin yeni ünvanı SPACE TV oldu

Dostlar, artıq 20 ildən artıqdır televiziya və radio sahəsindəyəm. Hətta müdafiə mövzum da "Müasir Azərbaycan teleməkanındanında incəsənət proqramlarının yaradıcılıq problemləri" adlanır. 

Mənim üçün harda deyil, nəyi necə etmək həmişə önəmli olub. 

Heç bir zaman baxılan və baxılmayan kanal demədən öz işimi görməyə çalışıram. Hər bir kanal dostlardır. Və hər bir kanaldan da gözəl bir dost ordusu ilə ayrılıb böyük təcrübə qazanıram.Və biz həmkarlar, yaradıcı heyətdən tutmuş texniki işçilərədək böyük bir mənzilin müxtəlif otaqlarının sakinləriyik. Harda olsaq da eyni çərçivədəyik. Sanki çox böyük bir kollektivik sadəcə şəhərin müxtəlif nöqtələrində yerləşmişik. Hara getsək bir-birimizi yenidən görürük.

Demək olar ki, bütün kanallar arasında tamaşaçı kütləsi məsələsi eyni olaraq qalır. Son illərin təcrübəsi göstərdi ki, layihələr kanallar üzərindən baxılır. Yəni tamaşaçı kanala deyil baxmaq istədiyi verilişə baxır. 

"Öndertv.org" xəbər verir ki, "Xəzərin sahilində" layihəsi də bu missiya üzərindən bir yola çıxıb. Müəllif və aparıcısı olduğum bu layihə artıq 10 ilə yaxındır ki, tamaşaçıların ixtiyarındadır. Hətta Lider TV bağlanandan sonra pandemiya dövrü oldu. Bir müddət efir olmadı. Amma bəzi tamaşaçılar görəndə "o gün sizə baxırdıq" deyirdilər☺️. 

Tarixi abidələrimiz, toponimlərimiz kimi ziyalılarımız da canlı tarixi abidədirlər. Ulu öndərin simasında bir insanın bir ölkə üçün nə qədər əhəmiyyətli olduğunu görürük. Ziyalı fikri ilə ictimai-siyasi xadimlərin, tanınmışların simasında cəmiyyətə önəmli mesajlar verilir. 

Bəzən deyirlər belə şeylər reytinq vermir, niyə edirsən? Bəli, vermir. Əgər küçəyə çıxıb sorğu keçirsək, bəlkə 10 respondentdən 8-i məni tanımaz. Amma tanıyan o 2 nəfər əminəm ki, nəyisə özündə əxz edir.

Beləliklə, yenə də sizinlə bərabərik... Və bu dəfə ünvanımız Space TV-dir. Hər həftənin bazar günü saat 13:00- da görüşünüzə gələcəyik. Ümid edirəm ki, məkan dəyişsə də sevgimuz dəyişməz olaraq qalacaq.

Yeri gəlmişkən, qonağımız Əməkdar jurnalist, professor Etibar Babayevdir.

Oxşar xəbərlər