TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ
4-10-2023, 14:22
264

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

Professor Dr.Zakir Kaya türk milli düşüncəsinin və etno -kultoroloji fikrinin çox dəyərli araşdırmacılarından və görkəmli aydınlarındandır.Ərsəyə gətirdiyi sanballı kitablar ulu türk tarixinə ayna tutur və milli ruhumuzun oyanışına vəsilə olur.
Kitab da insan kimidir; səmimi, mehriban, söhbətcil, olanı da var, səmimiyyətdən, təvazökarlıqdan uzaq, süni ibarələrlə, yeknəsək fikirlərlə dolu olanı da...

Birinci qisim kitabı oxumaq, sanki yaxşı bir insanla yol-yoldaşı olmaq qədər maraqlıdır. Bu səmimi, kövrək yolçunun düşüncələri, könül rahatlığı ilə bir yanaşı, həm də cəmiyyət, vətən, dünya haqqında çox mətləblərdən xəbər verir, insana həyat enerjisi aşılayır.

Dünən Respublika Prezident Kitabxanasına təqdim etdiyim kitablar da birinci qism kitablardan idi. Tarixi və dini keçmişimizə dair araşdırma və milli düşüncə aydınlığı ilə diqqət cəkən Professor Dr.Zakir Kayanın  «Ərəblərin türklərə zülmü» tarixi araşdırma səciyyəsi daşıyan kitabını, Sona Abbasəliqızının "Sözün xaqanı", " Ürəyin sevgi işığı", istedadlı şair,böyük irfan mütəfəkkiri,haqq aşığı Dədə Ələsgər nəslinin davamçılarından olan Sima xanım Azadqızının «Qürbətdə parlayan qığılcım» poeziya tolusunu,  kitablarını prezident  kitabxanasına hədiyyə etdim.

Ölkəmizin ən mötəbər bədii,elmi xəzinəlsi olan Püspublika kitabxanasina təqdim etdiyim kitabların qısa səciyyəsini oxuculara çatdırmağı vacib bildim. Öncə türk düşüncəsinin elmi və dini müstəvidə dərin araşdırmaçılarından biri olan hörmətli professor Zakir Kayanın kitabından başlayıram.

Zakir Kayanın kitabı tarixi və dini mənbələri istinad edən müəllifin elmi və tarixi dünyagörüşünün səciyyəsini maraqla ehtiva edir.Tarixi qaynaqlara əsaslanan professor tarixə əsaslanıb yazır: «Seyun və Ceyhun çayları arasında yerləşən ərazi tarixi ipək yolu üzərindədir və bu ərazidə türk bəylikləri, Buxara, Səmərqənd,Talkan, Baykənd və s. kimi iqtisadi cəhətdən inkişaf etmiş şəhərlər yerləşirdi.
Türkləri sözün əsl mənasında Qılınc gücü ilə müsəlmanlaşdırılmağa başlanması Kuteybə zamanında olmuşdur. ( Kuteybənin ordusunun bayrağında Allah öz dinini müqəddəs olması üçün sizə bu torpaxları halal etdi ! yazılmışdır )Bu mövzuda mənbələr islam və Türk tarixində kifayət qədərdir.»

«Qürbətdə parlayan qığılcım» şeir kitabı öz poetik səciyyəsi ilə diqqətəlayiqdir. Müəllifi Sima Azadqızı Göyçəli 1974-cü ildə Ulu Göyçə mahalının Ağkilsə kəndində müəllim ailəsində dünyaya göz açıb..Sima xanim 01.12.1988-ci ildə ata-baba yurdundan didərgin düşüb.

Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərən Sima Azadqizi Saz-Söz sənətinin ,irfan elminin böyük bilicilərindən olan Aşıq Ələsgərin kötücəsidir.r.

Onun poeziyasının əsas mövzusu vətənpərvərlik duyğularının poetik ehtivası, böyük Yaradana, İslam dininə dərin məhəbbətin təcəssümü, həmçinin ləyaqətli insan şəxsiyyətinin səmimi və obrazlı tərənnümü, bununla yanaşı, əzəmət və gözəlliyin, həssaslıq və qayğıkeşliyin təbliğidir.

Şairin əsərləri bədii sənətkarlıq, poetika baxımından nəzəri cəlb etməklə bərabər, həm də məxsusi yaradıcılıq fəaliyyətinin xüsusiyyətləri ilə də maraq doğurur. Səmimi ahəngdarlığı, rəvanlığı ilə seçilən,Aşıq Ələsgər babasının 200 illiyinə yazılan ilk şeirləri vətəndaşlıq möhürü ilə təsdiqlənərək, xalqın ruhunu oxşayan şair dəst-xəttini müəyyənləşdirir və geniş oxucu sevgisinin ünvanına çevrilir.

“Qürbətdə Parlayan Qığılcım” kitabına toplanmış poetik nümunələr yetkin şair düşüncəsinin sənət müstəvisində əyaniləşməsidir. Sima Azadqizinin şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin səmimiyyəti və dolğunluğudur.

İstedadlı alim Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabı bədii-elmi sanbalı ilə secilən ələsgərşünaslığa töhfə sayıla bləcək əsərlərdəndir.
Ölkə Prezidenti Aşıq Ələsgərin 200-illik yubileyi ilə bağlı sərəncamında onun yaradıcılığını bu cür qiymətləndirir: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir”.

Belə bir yüksək dəyər ələsgərşünaslarımızı yeni tədqiqat əsərləri yazmağa sövq etmiş, ruhlandırmışdır. Bu əsərlər içərisində, ümumiyyətlə, bu günə qədər Aşıq Ələsgər haqqında yazılmış elmi kitablar, məqalələr sırasında bu gün təqdimatı keçirilən istedadlı alim - ədəbiyyatşünas, musiqişünas hörmətli Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” fundamental elmi monoqrafiyası birmənalı olaraq öz tarixi, elmi, bədii dəyərinə görə milli ədəbiyyatşünaslıqda özünəməxsus yüksək, müstəsna yer tutacaqdır!

Fəxrəddin Salim bu kitabında uzun illər boyu apardığı tədqiqatlar, axtarışlar əsasında Dədə Qorquddan bu günümüzə qədər aşıq saz-zöz sənətinin görkəmli nümayəndələrinin rəngarəng, çoxşaxəli yaradıcılıqlarının geniş panoramasını yaradaraq, bu koloritli mənzərədə ən yüksək zirvəyə ucalan Dədə Ələsgərin poetik heykəlini yaratmış, oxucusuna onun möhtəşəm poeziyasının möcüzələrini, sirlərini, müəmmalarını açmağa cəhd etmiş və ona qarşısına qoyduğu səviyyədə nail ola bilmişdir.

İlk dəfə olaraq Fəxrəddin Salim Dədə Ələsgər yaradıcılığında zəngin sufizm elementlərin məxsusi yanaşma arealında tədqiq etmiş alimdir .İnanırıq ki,görkəmli alim bu sahədəki yeniliklərini daha da artıracaq və ələsgərsevərləri sevindirəcək.
       
Sona Abbasbəyli: yazıçı, jurnalist

Oxşar xəbərlər