
Gündəm / Sosial
Bu gün, 14:18
60
Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələri yaradılacaq
ONDERTV.ORG
Yaxın zamanlarda azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələrinin yaradılması planlaşdırılır.bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev Ümumdünya Qan Donoru Gününə həsr olunan tədbirdə deyib.
O hazırda ölkə üzrə Qan Bankının 8 regional bölməsinin olduğunu vurğulayıb: "Yaxın vaxtlarda azad edilmiş iki iqtisadi rayonda da regional bölmənin açılması planlaşdırılır".
R.Quliyev əlavə edib ki, 2024-cü ilin iyul ayında qəbul edilmiş qərara uyğun olaraq bu sahənin inkişafı və qan xidmətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb:
"Qanunvericilik bazasının möhkəmləndirilməsi, könüllü və təmənnasız donorluğun təşviqi bu sahədə əsas prioritetlərdəndir. Bu gün Dünya Qan Donoru Gününün qeyd olunmasının əsas məqsədi də məhz insanları könüllü qanverməyə təşviq etmək, donorların





