ÜLVİLİK,ZƏRİFLİK,     SAFLIQ RƏMZİ
19-04-2025, 23:20
519

ÜLVİLİK,ZƏRİFLİK, SAFLIQ RƏMZİ

ONDERTV.ORG

 Azərbaycan qadını öz dərin zəkası,vəfa və sədaqəti ,mərdliyi,yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutmuş,mənəvi və ailə dəyərlərini formalaşdıraraq gələcək nəsillərə ötürülməsində misilsiz rol oynamışdır.
 Belə qadınlarımızdan biri də Məsimova Yaqut Şıxnəbi qızıdır.Yaqut xanım Xaçmaz Rayon İcra Hakimiyyəti aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzivəsində çalışır."Tərəqqi"medal mükafatçısı olan bu gözəl xanım öz qayğıkeşliyi ,səmimiyyət və ədəbi ilə bizlərə bir nümunə və örnəkdir.Bu gün onun 65 yaşı tamam olur .Xaçmaz qadınları adından Yaqut xanımı təbrik edir,ona möhkəm can sağlığı, uzun ömür arzulayırıq.
Xaçmaz Qadınlar Cəmiyyətinin Sədri:Cəmiyeva Sədaqət.

Oxşar xəbərlər