
Gündəm
8-03-2025, 16:37
385
Sona İsmayılova Əli Tudə Medalı ilə Təltif Edildi
ONDERTV.ORG
Bu gün, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə, dəyərli yazıçımız, jurnalist və ictimai xadim Sona İsmayılova Güney Azərbaycan İcması tərəfindən Əli Tudə medalı ilə təltif edildi. Bu nüfuzlu mükafat, onun ədəbiyyatda, ictimai fəaliyyətdə və milli irsin qorunmasında göstərdiyi böyük xidmətlərin təqdiridir.İcmanın sədri Sayman Aruzun təqdim etdiyi bu medal, yalnız bir yazıçıya deyil, öz qələmi və qəlbi ilə xalqına xidmət edən bir şəxsiyyətə verilmiş qiymətdir. Sona İsmayılova, yazıları, romanları və tarixi araşdırmaları ilə Azərbaycan qadınının mübariz ruhunu yaşadan və gələcək nəsillərə ötürən fədakar bir insandır.
Bu yüksək təltif münasibətilə Sona xanımı ürəkdən təbrik edirik! Qələminiz daim işıqlı yollar açsın, uğurlarınız çoxalsın!
