
Gündəm
13-01-2025, 01:16
400
Bu hadisələr 2024-cü ildə Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb və ölkəmizin inkişafına müsbət təsir göstərib.
ONDERTV.ORG
2024-cü il Azərbaycanda bir sıra mühüm siyasi hadisələrlə yadda qaldı. Həm keçirilən seçkilər, həm dövlət suverenliyi ilə bağlı atılan addımlar, beynəlxalq konfranslara ev sahibliyi, beynəlxalq təşkilatlarla əlaqələr, xarici siyasət prioritetləri, Azərbaycan-Ermənistan münasibətləri, əldə edilən diplomatik uğurlar ölkə gündəminin əsasını təşkil edib. Bu hadisələr 2024-cü ildə Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb və ölkəmizin inkişafına müsbət təsir göstərib.Mahiyyətinə görə bu tədbirlərdən ən nüfuzlu və əhəmiyyətlisinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) olduğunu desək, yanılmarıq. 192 ölkədən 76 mindən çox nümayəndənin qeydiyyatdan keçdiyi sammitin məqsədi iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinin inkişafı məsələləri ilə bağlıdır. Sumqayıt Bələdiyyəsi olaraq bu beynəlxalq və nüfuzlu bir tədbirə ölkə olaraq ev sahibliyi etməyimizin məsuliyyətini dərk edərək ölkə Prezidenti Cənab İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi ilə bağlı tədbirlər planı hazırlanmış və plana uyğun olaraq Sumqayit Bələdiyyəsi də görülən bu işlərə öz töhfəsini vermişdir. Bütün görülən işlərdə fəal iştirak etmişdir.Sumqayit Bələdiyyəsi tərəfindən 15 mindən çox ağac və gül kolları əkilmişdir ki, bunların böyük qismi Bakı-Rusiya Federasiyası avtomobil yolunun "Yaşma"ərazisi hissəsini əhatə etmişdir ki,bu hissənin uzunluğu 8 km-dir. Belə ki, adıçəkilən ərazinin Bakı - Quba yolundan keçən hissəsində uzunluğu 8 km olan səs izolyasiyalı divar sədd çəkilərək abadlaşdırılıb.